About
Bakıda işlənmiş qurğuşun batareyalarının alınması. Avropa standartlarına tam cavab verən utilizasiya zavodumuz artıq xammal tədarükünə başladı. Qurğuşun tərkibli bütün növ akkumulyatorlar yüksək qiymətlərlə alınır. Son zamanlar ölkəmizdə ətraf mühitin çirklənmədən qorunmasına böyük önəm verilir. Bunun üçün müasir texnologiyalardan istifadə olunaraq gündəlik istifadəmizdə olan zərərli məhsulların toplanması, utilizasiyası və təkrar emalı sahələri daim diqqət mərkəzindədir. Bundan başqa ölkəmizdə ağır sənayenin və qeyri neft sektorunun inkişafı sahəsində mühüm addımlar atılmaqdadır. Cəmiyyətimiz də öz növbəsində, ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına töhvəsini vermək , müasir standartlarına cavab verən yeni məhsulun ölkəmizdə istehsalını yaratmaq məqsədi ilə “Sumqayıt Kimya Sənaye Parkı”nda İstifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası və yeni qurğuşun-turşulu akkumulyatorların istehsalı sahələrinin inkişaf etdirilməsini qərara aldı.
Compare prices across all buyers
Price history, charts and comparisons in one place.